BMT-də keçirilən iclasda Azərbaycanın milli bəyanatı səsləndirilib

Xarici siyasət
  • 27 sentyabr, 2025
  • 04:39
BMT-də keçirilən iclasda Azərbaycanın milli bəyanatı səsləndirilib

Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev bu gün Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyas çərçivəsində keçirilən Sivilizasiyalar Alyansının Dostları Qrupunun yüksək səviyyəli iclasında milli bəyanatla çıxış edib.

Bu barədə "Report"a XİN-dən məlumat verilib.

Bəyanatda Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqların təşviqinə yönəlmiş "Bakı Prosesi" və "Peace4Culture" kimi qlobal təşəbbüsləri işıqlandırılıb.

Həmçinin Azərbaycanın COP29 Sədrliyi gündəliyinə dinlərarası dialoq komponentini, o cümlədən Bakıda COP29 çərçivəsində Dini Liderlərin Qlobal Sammitinin keçirilməsini necə inteqrasiya etdiyi qeyd olunub.

Nazir müavini həmçinin İKT-yə üzv dövlətlərin Xarici İşlər Nazirlərinin İllik Əlaqələndirici görüşündə və Dənizə Çıxışı Olmayan İnkişaf Etməkdə Olan Ölkələrin Xarici İşlər Nazirlərinin İllik İclasında iştirak edib.

Son xəbərlər

Bütün Xəbər Lenti