Azərbaycanın Mərkəzi Asiya ölkələrinin məşvərət görüşləri formatına tam hüquqlu üzv olması qərarı qəbul olundu

Xarici siyasət
  • 16 noyabr, 2025
  • 11:34
Azərbaycanın Mərkəzi Asiya ölkələrinin məşvərət görüşləri formatına tam hüquqlu üzv olması qərarı qəbul olundu

Azərbaycanın Mərkəzi Asiya ölkələrinin məşvərət görüşləri formatına tam hüquqlu üzv olması qərarı qəbul olundu.

Bu barədə "Report"un Özbəkistana ezam olunan müxbiri xəbər verir.

"Mərkəzi Asiya və Azərbaycan Respublikası dövlətlərinin möhkəm dostluq əlaqələri, qarşılıqlı faydalı tərəfdaşlıq və strateji maraqlarını nəzərə alaraq, tərəflər Azərbaycan Respublikasının Mərkəzi Asiyanın dövlət başçılarının Məşvərət Görüşündə tamhüquqlu iştirakını alqışlayırlar", - Mərkəzi Asiya dövlət başçılarının"Mərkəzi Asiya+Azərbaycan" formatında 7-ci Məşvərət Görüşünün yekun bəyanatında deyilir.

Məşvərət Görüşünün qərarında deyilir: "Azərbaycan tərəfinin müraciətini nəzərdən keçirərək qərara alınıb ki, Azərbaycan Respublikası tamhüquqlu iştirakçı qismində Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə qəbul edilsin".

Mərkəzi Asiya dövlətləri xarici işlər nazirlərinin müşavirəsinə tənzimləyici sənədlərin uyğunlaşdırılması tapşırılıb.

Qərarı Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev imzalayıblar.

Son xəbərlər

Bütün Xəbər Lenti