Azərbaycan diplomatik və xidməti pasportlar üzrə 2025-ci ildə 10 saziş imzalayıb

Xarici siyasət
  • 07 noyabr, 2025
  • 15:21
Azərbaycan diplomatik və xidməti pasportlar üzrə  2025-ci ildə 10 saziş imzalayıb

Xarici ölkələrdəki missiyaların işinin təkmilləşdirilməsi ölkə rəhbərliyinin daim diqqət mərkəzində olub və Azərbaycan üçün əhəmiyyət daşıyan ölkələrdə diplomatik təmsilçiliklərinin sayının artırılması da əsas prioritetlərdən olub.

Bunu "Report"a müsahibəsində Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

"Ötən il Azərbaycanın Tailand Krallığında və Oman Sultanlığındakı səfirlikləri fəaliyyətə başlayıb. Bu il isə Azərbaycanın Bəhreyn Krallığında Səfirliyinin təsis edilməsi barədə Milli Məclis tərəfindən qanun qəbul edilib. Bununla da Azərbaycan Respublikasının xaricdə diplomatik missiyalarının ümumi sayı 93-ə çatıb (70 səfirlik, 6 daimi nümayəndəlik, 9 baş konsulluq, 7 səfirlik ofisi və 1 təmsilçilik ofisi)".

A.Hacızadə diqqətə çatdırıb ki, son illər ərzində Albaniya, Serbiya, Mərakeş, Çin, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Maldiv ilə ümumvətəndaş pasportlara malik şəxslərin vizasız gediş-gəlişi ilə bağlı Sazişlər imzalanıb.

"Maldivlə sazişin qüvvəyə minməsi üçün ölkədaxili prosedurlar hələlik yekunlaşmayıb. Hazırda ümumvətəndaş pasportlara malik şəxslərin vizasız gediş-gəlişi ilə bağlı Saziş imzalanması üçün bir neçə ölkə ilə danışıqlar davam etdirilir. Diplomatik və xidməti pasportlar və ya yalnız diplomatik pasportlar üzrə - 2025-ci ildə 10 Saziş imzalanıb. 74 ölkə ilə diplomatik və xidməti pasportlar və ya yalnız diplomatik pasportlar üzrə vizasız gediş-gəliş rejimi tətbiq olunur".

Müsahibənin tam mətnini buradan oxuya bilərsiniz.

Son xəbərlər

Bütün Xəbər Lenti