Zəfərin 5-ci ildönümünə həsr olunmuş voleybol üzrə ordu birinciliyi başa çatıb

Hərbi
  • 07 noyabr, 2025
  • 19:24
Zəfərin 5-ci ildönümünə həsr olunmuş voleybol üzrə ordu birinciliyi başa çatıb

Azərbaycan Ordusunun qoşun (qüvvə) növləri, Müdafiə Nazirliyinin baş idarə və idarələri, habelə xüsusi təyinatlı təhsil müəssisələrinin hərbi qulluqçuları arasında Zəfərin 5-ci ildönümünə həsr olunan voleybol üzrə ordu birinciliyi başa çatıb.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Yarışın mükafatlandırma mərasimində çıxış edənlər qalib komandaları təbrik edib, hərbi qulluqçuların fiziki hazırlığının yüksək səviyyədə saxlanılmasında, döyüş ruhunun və komanda birliyinin möhkəmlənməsində bu kimi yarışların keçirilməsinin əhəmiyyətini vurğulayıblar.

Yarışda iştirak edən Müdafiə Nazirliyinin müxtəlif struktur bölmələrindən 11 komandadan birinci yerdə Heydər Əliyev adına Hərbi İnstitutun, ikinci yerdə Hərbi Hava Qüvvələrinin, üçüncü yerdə isə Hərbi Dəniz Qüvvələrinin komandası qərarlaşıb.

Sonda qalib komandalara kubok və medallar təqdim olunub.

Son xəbərlər

Bütün Xəbər Lenti