Azərbaycan bölgədə blokadaların aradan qalxması üçün yorulmaz fəaliyyət göstərir - RƏY

Xarici siyasət
  • 26 sentyabr, 2025
  • 13:50
Azərbaycan bölgədə blokadaların aradan qalxması üçün yorulmaz fəaliyyət göstərir - RƏY

Azərbaycan bütövlükdə regionun inkişafını hədəfləyir və bölgədə uzun illər mövcud olmuş blokadaların aradan qalxması üçün yorulmaz fəaliyyət göstərir.

Bunu "Report"a açıqlamasında siyasi şərhçi Ülviyyə Zülfiqar deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin BMT Baş Assambleyasında etdiyi çıxış həm ədalətin bərpa olunduğunu bir daha elan edən bir zəfər nitqi kimi tarixə düşdü, həm də bütün dünyaya edilən sülh çağırışı ilə yadda qaldı:

"Beynəlxalq ictimaiyyətə bir daha bəyan edildi ki, Azərbaycan öz gücünə tarixi ədaləti bərpa etdi, haqsızlığı aradan qaldırdı, bölgədə sülhün təminatçısına çevrildi. Dövlət başçısının çıxışında vurğuladığı kimi, torpaqlarının 30 ilə yaxın işğal altında qalmasına baxmayaraq, Azərbaycan nəinki öz ərazi bütövlüyünü bərpa etdi, həm də bölgədə sülh və inkişaf üçün yeni imkanlar açdı".

Ü.Zülfiqar diqqətə çatdırıb ki, Vaşinqtonda sülh sazişinin paraflanması bölgədə yeni sabitlik mərhələsinin əsasını qoymaqla intensiv sülh prosesini başladıb:

Ülviyyə Zülfiqar

"Dövlət başçısı ABŞ ilə tərəfdaşlıqdan bəhs edərək sülh sazişinin paraflanmasını xüsusi vurğuladı. Prezident İlham Əliyev çıxışında "The Trump Route for International Peace and Prosperity" (TRIPP) marşrutuna da toxundu və onu Zəngəzur dəhlizindən maneəsiz keçidi təmin edəcək və regional bağlantıları möhkəmləndirəcək bir marşrut kimi səciyyələndirdi. Ümumilikdə, Vaşinqton görüşü zamanı əldə olunan bütün nailiyyətlər həm ABŞ-Azərbaycan arasında mühüm strateji irəliləyişlərin başlanğıcı, həm də bölgənin rifahı uğrunda atılan addımların sürətləndirilməsi üçün mühüm tarixi nöqtə oldu".

Siyasi şərhçinin sözlərinə görə, sonda dövlət başçısının dünyaya sülh çağırışı həm də ədalətin təntənəsi, beynəlxalq hüququn yerini tapması, həqiqətin zəfər qazanması idi:

"İkili standartlardan irəli gələn yanaşmalardan dolayı uzun illər davam edən haqsızlığa son qoymuş Azərbaycan bütün dünyanı, münaqişə ocaqlarını sülhün mümkünlüyünə əyani şəkildə inandırdı və bu yoldan getməyə səslədi".

Son xəbərlər

Bütün Xəbər Lenti