Azərbaycan 1954-cü il Haaqa Konvensiyasının 16-cı müşavirəsində iştirak edir

Xarici siyasət
  • 01 dekabr, 2025
  • 14:23
Azərbaycan 1954-cü il Haaqa Konvensiyasının 16-cı müşavirəsində iştirak edir

Azərbaycan nümayəndə heyəti bu gün UNESCO-nun baş qərargahında 1954-cü il Haaqa Konvensiyasının Razılığa gələn Yüksək Tərəflərinin 16-cı müşavirəsində iştirak edir.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın UNESCO-dakı nümayəndəliyinin "X" hesabında dərc olunmuş paylaşımda deyilir.

"UNESCO-nun baş qərargahında 1954-cü il Haaqa Konvensiyasının Razılığa gələn Yüksək Tərəflərinin 16-cı müşavirəsi başlayıb. Tədbirdə Azərbaycan nümayəndə heyəti iştirak edir", - paylaşımda vurğulanır.

Qeyd edək ki, "Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında" Haaqa Konvensiyası silahlı münaqişə zamanı mədəni dəyərlərin qorunmasına həsr olunmuş ilk beynəlxalq müqavilədir. Konvensiya 1954-cü il mayın 14-də Haaqada (Niderland) imzalanıb və 1956-cı il avqustun 7-də qüvvəyə minib.

Son xəbərlər

Bütün Xəbər Lenti