AQEM-in eksperti: Yeni nizamı qadınlar və gənclərin iştirakı olmadan qurmaq mümkün deyil

Xarici siyasət
  • 10 sentyabr, 2025
  • 15:02
AQEM-in eksperti: Yeni nizamı qadınlar və gənclərin iştirakı olmadan qurmaq mümkün deyil

Yeni nizamı qadınlar və gənclərin iştirakı olmadan qurmaq mümkün deyil.

"Report" xəbər verir ki, bunu Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) Katibliyinin hərbi-siyasi məsələlər üzrə eksperti Madina İgibayeva Bakıda AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü iclası çərçivəsində keçirilən tədbirdə bildirib.

"Bu sessiyanın xüsusi diqqəti yeni qüvvələrə, xüsusilə qadınlar və gənclərə yönəlib. Onların iştirakı əlavə deyil, zərurətdir. Yeni nizamı yalnız köhnə paradiqmalara əsaslanaraq qurmaq mümkün deyil", - M.İgibayeva qeyd edib.

Onun sözlərinə görə, yeni Asiya nizamının formalaşması müasir dövrün əsas çağırışıdır.

M.İgibayeva əlavə edib ki, inkişaf və təhlükəsizlik bir medalın iki tərəfidir: "Təhlükəsizliyin olmaması inkişafı ləngidir, yerinə yetirilməmiş inkişaf vəzifələri isə təhlükəsizliyə qarşı təhdidlərə çevrilir".

O qeyd edib ki, bu yolda mühüm addım AQEM Təhlükəsizlik Şurasının reqlament layihəsinin yaxın zamanlarda təsdiqlənməsi olub. M.İgibayevanın sözlərinə görə, bu, sadəcə yeni bir orqanın yaradılması deyil, etimad tədbirlərinin əsasında gender yanaşmasının institusionallaşdırılmasıdır.