Ağdaşda ağır yol qəzası baş verib, ölənlər var - YENİLƏNİB

Hadisə
  • 26 oktyabr, 2025
  • 12:13
Ağdaşda ağır yol qəzası baş verib, ölənlər var - YENİLƏNİB

Ağdaşda ağır yol qəzasında ölən ikinci şəxsin kimliyi məlum olub.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, bu, 38 yaşlı Rauf Hacıyevdir.

Qeyd edək ki, hadisə saat 6 radələrində Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. "KaMAZ" və "Qazel" markalı yük avtomobilləri toqquşması nəticəsində "Qazel"in sürücüsü, 30 yaşlı Eldar Tağıyev və sərnişini R.Hacıyev aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Ağdaşda ağır yol qəzası baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, saat 6 radələrində Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində "KaMAZ" və "Qazel" markalı yük avtomobilləri toqquşub. Nəticədə "Qazel"in sürücüsü, 30 yaşlı Eldar Tağıyev və sərnişini (şəxsiyyəti dəqiqləşdirilir-red) aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Son xəbərlər

Bütün Xəbər Lenti