Pakistanda dəyəri 64 milyon dollardan çox olan narkotik qaçaqmalçılığının qarşısı alınıb

Digər ölkələr
  • 26 oktyabr, 2025
  • 08:39
Pakistanda dəyəri 64 milyon dollardan çox olan narkotik qaçaqmalçılığının qarşısı alınıb

Pakistan hakimiyyəti ölkənin cənub-qərbində yerləşən Bəlucistan əyalətində böyük miqdarda narkotik maddələrin qaçaqmalçılıq cəhdinin qarşısını alıb və 18 milyard Pakistan rupisindən (təxminən 64 milyon ABŞ dolları) çox dəyəri olan qadağan olunmuş maddələri müsadirə edib.

"Report"un məlumatına görə, bu barədə Federal Vergi İdarəsinin Gömrük Nəzarəti Bölməsi məlumat yayıb.

Məlumata görə, Bəlucistanın Noşki bölgəsində sahə müfəttişlərindən ibarət bir qrup yük maşınını saxlayıb. Maşının ətraflı yoxlanışı zamanı yanacaq çənində narkotik maddələrlə dolu qutuların gizlədildiyi müəyyən edilib.

Qurumun əməkdaşları təxminən 300 kiloqram kristal metamfetamin müsadirə edib və iki şübhəli şəxs saxlanılıb.

İdarə bildirib ki, bu əməliyyat Pakistanın sərhədyanı qaçaqmalçılıq və beynəlxalq narkotik ticarəti şəbəkələrinə qarşı apardığı mübarizənin bir hissəsidir.

Son xəbərlər

Bütün Xəbər Lenti