AQEM Beyin Mərkəzləri Forumunun transformasiyası çağırışlara qarşı mübarizə üçün imkanlar yaradacaq

Xarici siyasət
  • 10 sentyabr, 2025
  • 11:01
AQEM Beyin Mərkəzləri Forumunun transformasiyası çağırışlara qarşı mübarizə üçün imkanlar yaradacaq

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Beyin Mərkəzləri Forumunun transformasiyası müasir çağırışların həlli üçün imkanlar yaradacaq.

"Report" xəbər verir ki, bunu Hindistan Beynəlxalq Əlaqələr Şurasının baş direktoru vəzifəsini icra edən Nutan Kapur Mahavar Bakıda AQEM Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasında bildirib.

Onun sözlərinə görə, Astana sammitində AQEM-in tamhüquqlu beynəlxalq təşkilata çevrilməsinə dair qərarın qəbul edilməsi strukturun inkişafında mühüm mərhələ olub. Hindistan bu addımı və AQEM-in regional və beynəlxalq gündəmin formalaşmasında, dialoqun inkişafında və əməkdaşlığın gücləndirilməsində daha fəal rol oynamasına imkan verən yeni statusu alqışlayıb.

"Region ölkələri bu gün cinayətkarlıq, yoxsulluq, radikallaşma, ekoloji qeyri-sabitlik kimi bir sıra çağırışlarla üzləşir. Bu kontekstdə transformasiya olunmuş AQEM bu təhdidlərə qarşı durmağa hazır olan regional məkan formalaşdıra bilər", - N.Mahavar qeyd edib.