Azər Bağırov: "Zirə" ilə matçda səhvlər ucbatından məğlub olduq"

Futbol
  • 28 noyabr, 2025
  • 16:37
Azər Bağırov: Zirə ilə matçda səhvlər ucbatından məğlub olduq

"Kəpəz" komandası "Zirə" ilə matçda səhvlərə yol verdiyi üçün uduzub.

"Report" xəbər verir ki, bunu Gəncə klubunun baş məşqçisi Azər Bağırov mətbuat konfransında deyib.

Mütəxəssis Misli Premyer Liqasının XIII turunda səfərdə "Zirə"yə 0:2 hesabı ilə məğlub olduqları oyundan sonra fikirlərini bölüşüb:

"Mənim üçün çox maraqlı oyun idi. Meydanda yaxşı mübarizəyə şahidlik etdik. İlk yarıda 7 yerli futbolçu meydanda mübarizə aparırdı. Bu, azərbaycanlı futbolçuların inkişafı üçün müsbət haldır. İkinci yarıda cüzi səhvlərə yol verdik və nəticədə məğlub olduq. Belə səhvlərə yol verməməliyik. Rəqibi qələbə münasibəti ilə təbrik edirik. Yevlax şəhər stadionu futbolçularımız üçün yeni meydandır. Bir neçə oyundan sonra tam öyrəşəcəklər. Çoxları süni ot örtüyünü bəyənmir. Lakin Avropada da süni meydanlarda futbol yarışları keçirilir".

Qeyd edək ki, "Kəpəz" hazırda 6 xalla turnir cədvəlinin onuncu pilləsində qərarlaşıb.

Son xəbərlər

Bütün Xəbər Lenti