Uşaqların dispanserizasiyasının icbari tibbi sığortaya daxil edilməsi təklif olunur

Sağlamlıq
  • 05 noyabr, 2025
  • 12:37
Uşaqların dispanserizasiyasının icbari tibbi sığortaya daxil edilməsi təklif olunur

Azərbaycanda uşaqlara dövlət tibb müəssisələrində icbari dispanserizasiyası (uşaqların sağlamlığının qorunması, normal fiziki inkişafının təmin olunması və xəstəliyin ilkin mərhələdə aşkar edilməsi məqsədilə kompleks profilaktika) xidmətinin göstərilməsinin icbari tibbi sığorta vəsaitləri hesabına maliyyələşdirilməsi təklif olunur.

"Report" xəbər verir ki, bununla bağlı "Uşaqların icbari dispanserizasiyası haqqında" qanuna dəyişikliklər təklif edilir.

Hazırda uşaqların icbari dispanserizasiyası dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.

Təkliflər 2026-cı ilin dövlət büdcəsi zərfinə daxil edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti