Dövlət Vergi Xidmətinin xətti ilə büdcə daxilolmaları 2 %-ə yaxın artıb
Maliyyə
- 05 noyabr, 2025
- 14:37
Bu ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 14 milyard 378,4 milyon manat təşkil edib.
"Report" bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 % çoxdur.
Vergi daxilolmaları proqnozdan 5,5 % çox icra edilib.
10 aylıq vergi daxilolmalarının 10 milyard 411,8 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 9 %, proqnozdan isə 3 % çoxdur.
Xatırladaq ki, bu il Dövlət Vergi Xidməti büdcəyə 15,5 milyard manat vəsait köçürməlidir. Beləliklə, 10 ay ərzində həmin məbləğin 92,8 %-i təmin olunub.
Son xəbərlər
20:12
Novxanıda sürət qatarının qarşısına çıxan piyada ölüb - YENİLƏNİB
Hadisə20:09
Foto
Güləş üzrə U-17 Azərbaycan çempionatında "klassiklər"in yarışına yekun vurulub
Fərdi20:09
Azərbaycan və Litva bu il Birgə Hökumətlərarası Komissiyanın iclasını keçirəcək
Xarici siyasət20:04
NATO Arktikada mövcudluğunu gücləndirmək üçün "Arctic Sentry" missiyasına başladığını elan edib
Digər ölkələr19:50
Türkiyə və Yunanıstan arasında əməkdaşlığa dair 7 sənəd imzalanıb
Region19:39
Bakıda imzalanan Xartiya Azərbaycan-ABŞ münasibətlərinin inkişafına dair strateji baxışı əks etdirir - RƏY
Xarici siyasət19:37
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIII turun oyunları keçirilib
Komanda19:10
Azərbaycan Basketbol Liqasında XVII tura start verilib
Komanda19:05
Video