Teymur Musayev: Gələn ilin sonuna uşaqların 95 %-i peyvənd olunacaq
Sağlamlıq
- 06 noyabr, 2025
- 12:26
Azərbaycanda gələn ilin sonuna uşaqların 95 %-nin peyvəndlərlə əhatə olunması nəzərdə tutulur.
"Report" xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev parlamentdə gələn ilin büdcə zərfinin müzakirəsi zamanı çıxışında deyib.
Nazirin sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq, hər bir ölkədə uşaqların 90 faizi peyvəndlə əhatə olunmalıdır:
"Bu göstəricilərə nail olunması uşaqlar arasında ölüm hallarının qarşısının alınmasına xidmət edir. Ona görə də bu sahəyə vəsaitin artırılması vacibdir".
T.Musayev xatırladıb ki, 2026-cı ildə dövlət büdcəsindən Səhiyyə Nazirliyinə 274,5 milyon manat vəsait ayrılması nəzərdə tutulur.
Son xəbərlər
14:45
BP və tərəfdaşları Azərbaycanda sosial xərclərini 37 %-dən çox artırıb
Energetika14:42
Prokuror: Arayik Harutyunyanın cinayətlərdə iştirakı sübutlarla təsdiqlənib
Hadisə14:35
"Qarabağ"ın futbolçusu 8-10 həftə yaşıl meydanlardan kənarda qalacaq
Futbol14:34
BP-də işləyən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
Energetika14:26
Foto
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi və SABAH qrupları Zəfər Gününə həsr olunmuş hakaton təşkil edib
İKT14:25
Dövlət Agentliyinin rəhbəri: Azərbaycanda tibb məntəqələrinin 43 faizi xidmətə yararsızdır
Sağlamlıq14:25
Foto
Naxçıvanda Zəfər Gününə həsr olunmuş şahmat turniri keçirilib
Fərdi14:16
AYNA: Avtobus marşrutlarına onlayn bilet satışı 44 %-ə yaxın artıb
İnfrastruktur14:16