BP və tərəfdaşları Azərbaycanda sosial xərclərini 37 %-dən çox artırıb

Energetika
  • 06 noyabr, 2025
  • 14:45
BP və tərəfdaşları Azərbaycanda sosial xərclərini 37 %-dən çox artırıb

Bu ilin yanvar-sentyabr aylarında BP şirkəti və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları sosial investisiya layihələrinə Azərbaycanda 1,1 milyon ABŞ dollar vəsait xərcləyiblər.

"Report" xəbər verir ki, bu barədə blokun operatoru "BP-Azerbaijan" şirkətinin bu ilin üçüncü rübünün nəticələri üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,3 milyon ABŞ dolları və ya 37,5 % çoxdur.

İlk 9 ayda bu layihələrə hazırda davam edən 22 təhsil proqramı, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 1 layihə və ətraf mühit üzrə 1 təşəbbüs daxil idi.

Bundan əlavə, BP ayrıca bir şirkət kimi öz adından Azərbaycanda sponsorluq etdiyi layihələrə ilin ilk üç rübü ərzində təxminən 1,3 milyon ABŞ dolları vəsait xərcləyib ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,3 milyon ABŞ dolları və ya 30 % çoxdur.

Bunlara hazırda davam edən 24 təhsil təşəbbüsü, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 1 layihə, ölkədə idmanı təbliğ edən 1 layihə, ətraf mühit üzrə 5 təşəbbüs və müxtəlif mövzularda 8 konfrans və seminara dəstək, yəni ümumilikdə 39 layihə daxildir.

Son xəbərlər

Bütün Xəbər Lenti