Azərbaycanda könüllü sığorta bazarı 15 % böyüyüb

Maliyyə
  • 27 noyabr, 2025
  • 16:38
Azərbaycanda könüllü sığorta bazarı 15 % böyüyüb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda könüllü sığorta növləri hesabına 954,643 milyon manat sığorta haqqı toplanılıb.

"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 15,1 % çoxdur.

Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 651,761 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 27,7 % çoxdur.

Beləliklə, 10 ayda könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 68,3 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 61,5 manat olub.

Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 255,973 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 12,9 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 772,602 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 24,2 % çoxdur.

10 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 61,5 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 56 manat olub.

Son xəbərlər

Bütün Xəbər Lenti