Yaşar Gülər: Terror təşkilatlarının başqa adlar altında fəaliyyətlərinə imkan verilməyəcək

Region
  • 26 noyabr, 2025
  • 17:43
Yaşar Gülər: Terror təşkilatlarının başqa adlar altında fəaliyyətlərinə imkan verilməyəcək
Yaşar Gülər

Başda PKK/YPG/ PYD/SDG olmaqla, heç bir terror təşkilatının bölgədə kök salmasına, başqa adlar altında fəaliyyətlərini davam etdirməsinə imkan verilməyəcək.

Bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Böyük Millət Məclisinin (TBMM) Planlaşdırma və Büdcə Komissiyasında Nazirliyin 2026-cı il büdcəsinin müzakirəsindəki çıxışında deyib.

O, caril ilin oktyabrın 28-də PKK-nın geri çəkilməklə bağlı qərarını müsbət addım kimi dəyərləndirib:

"Əsas məqsəd şəhidlərimizin xatirəsini yaşatmaq, övladlarımız üçün gözəl gələcək inşa etməkdir. Bu çərçivədə terror təşkilatının oktyabrın 26-da qəbul olunan ölkəmizdən tamamilə çəkilmə qərarını müsbət addım hesab edirik. Prosesin normal məcrada davam etməsi üçün PKK və ona bağlı bütün strukturlar başda Suriya olmaqla, yerləşdikləri bütün bölgələrdə terror fəaliyyətlərinə dərhal son verməli və o əraziləri tərk etməlidirlər. Başda PKK/YPG/ PYD/SDG olmaqla, heç bir terror təşkilatının bölgədə kök salmasına, fərqli adlar altında fəaliyyətlərini davam etdirməsinə imkan verməyəcək".

Son xəbərlər

Bütün Xəbər Lenti