Ukrayna Transbalkan dəhlizi ilə qaz idxalını bərpa edib

Region
  • 05 noyabr, 2025
  • 17:32
Ukrayna Transbalkan dəhlizi ilə qaz idxalını bərpa edib

Ukrayna Transbalkan marşrutunun cənub hissəsi boyunca qaz idxalını bərpa edib.

"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi açıq məlumatlara əsaslanaraq bildirib.

Bildirilib ki, ölkə artıq bu gün 1,1 milyon kubmetr qaz alacaq.

Məlumata görə, noyabrın 4-ü tədarük həcmi 0,78 milyon kubmetr təşkil edib.

Marşrut Ukraynanı Moldova, Rumıniya və Bolqarıstan vasitəsilə Yunanıstandakı LNG terminalları ilə birləşdirir.

Son xəbərlər

Bütün Xəbər Lenti