Rusiya taxılı ilə yüklənmiş qatar Azərbaycandan Ermənistana yola düşüb
Xarici siyasət
- 05 noyabr, 2025
- 19:15
Rusiya taxılı ilə yüklənmiş qatar Azərbaycandan Ermənistana yola düşüb.
"Report"un Qərb bürosu xəbər verir ki, Ağstafada Böyük Kəsik Dəmiryol Stansiyasından yola salınan qatar öncə Gürcüstana, oradan da Ermənistana gedəcək.
Qeyd edək ki, noyabrın 4-də saat 00:15-də Rusiya Federasiyasından Azərbaycan və Gürcüstandan tranzit keçməklə ümumi çəkisi 1048,8 ton olan buğda yüklü 15 ədəd vaqon rəsmiləşdirilərək Ermənistanın Dalarik stansiyasına yola salınıb.
Xatırladaq ki, Prezident İlham Əliyev Ermənistana yük tranziti ilə bağlı məhdudiyyətlərin aradan qaldırıldığını Qazaxıstanda verdiyi bəyanatda qeyd etmişdi.
Son xəbərlər
20:47
Rusiyadan buğda alan ölkələrin sayı 50-dən 30-a düşüb
ASK20:37
Latviya Ukraynaya 20-dən çox "Patria" zirehli döyüş maşını təhvil verəcək
Digər ölkələr20:33
Çempionlar Liqası: "Qarabağ" və "Çelsi" komandalarının heyətləri açıqlanıb
Futbol20:30
Nauseda: Litva Klaypeda limanındakı terminal vasitəsilə Ukraynaya qaz tədarük etməyə hazırdır
Digər ölkələr20:27
Suriya Prezidenti COP30 Liderlər Zirvəsinə qatılacaq
Digər ölkələr20:23
ABŞ-də neft ehtiyatları və hasilat artıb
Energetika20:05
Video
Xaçmazda aşkarlanan Qara kərkəs xilas edilərək aidiyyəti üzrə təhvil verilib
Hadisə20:03
Məhkəmə Serj Sarkisyana səyahət qadağası qoymaqdan yenidən imtina edib
Region19:59