Ukrayna MDB-nin mobil rabitə sistemindən çıxdı
Region
- 03 mart, 2021
- 12:57
Ukrayna MDB-nin mobil rabitə əməkdaşlığı haqqında müqaviləsindən çıxıb.
“Report” xəbər verir ki, bunu ölkənin Nazirlər Kabinetinin parlamentdəki nümayəndəsi Vasili Mokan feysbuk səhifəsində yazıb.
Onun sözlərinə görə, Ukrayna Nazirlər Kabinetinin martın 3-də keçirilən toplantısında MDB-nin “Mobil rabitə sistemlərinin inkişafı və istifadəsi sahəsində əməkdaşlıq haqqında Sazişdən çıxmaq” barədə layihə müzakirə olunub. Hökumət layihəni dəstəkləyib.
Xatırladaq ki, 2016-cı il noyabrın 9-da Ukraynanın Ali Radasına ölkənin MDB üzvlüyündən çıxmasına dair qanun layihəsi təqdim edilib.
Son xəbərlər
04:00
DÇ-2026: ABŞ - Bosniya və Herseqovina oyunu başlayıb
Futbol03:53
ABŞ-nin hərbi helikopteri Ərəbistan dənizində qəza enişi edib
Digər ölkələr03:35
Tramp: ABŞ Panama kanalının Çinin nəzarətinə keçməsinə imkan verməyəcək
Digər ölkələr03:16
Ceffri Saks: NATO Gürcüstan vasitəsilə Qara dənizdə Rusiyanı sıxışdırmaq istəyirdi
Region02:59
Belçika - Seneqal oyununun ən yaxşısı Yuri Tilemans seçilib
Futbol02:59
Fransada meşə yanğınlarının sahəsi 700 hektara çatıb
Digər ölkələr02:50
DÇ-2026: Seneqala əlavə vaxtda vurduğu qolla qalib gələn Belçika 1/8 finala yüksəlib - YENİLƏNİB-9
Futbol02:27
İran Əli Xameneinin qisasını almaq üçün Qüdsə hücum edə bilər
Region02:04