ABŞ-nin hərbi helikopteri Ərəbistan dənizində qəza enişi edib

Digər ölkələr
  • 02 iyul, 2026
  • 03:53
ABŞ-nin hərbi helikopteri Ərəbistan dənizində qəza enişi edib

ABŞ-nin hərbi helikopteri Ərəbistan dənizində qəza enişi edib, heyət üzvlərindən biri itkin düşmüş hesab olunur.

"Report" xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkə hesabında məlumat yayıb.

"Qəza vəziyyətinin düşmən hərəkətləri (İran) tərəfindən yaradıldığına dair heç bir əlamət yoxdur. Dörd heyət üzvündən üçü xilas edilib və "George H.W. Bush" təyyarədaşıyan gəmisinin göyərtəsində vəziyyətləri sabitdir", - qurumun məlumatında deyilir.

Hazırda itkin düşmüş hərbçinin tapılması üzrə axtarış-xilasetmə əməliyyatı davam edir.

İnsidentin digər təfərrüatları və qəza enişinin səbəbləri hələlik açıqlanmır.