Türkiyədə FETO ilə mübarizə çərçivəsində Silahlı Qüvvələrdən 24 min nəfər xaric edilib

Region
  • 26 noyabr, 2025
  • 18:12
Türkiyədə FETO ilə mübarizə çərçivəsində Silahlı Qüvvələrdən 24 min nəfər xaric edilib

Türkiyədə FETO ilə mübarizə çərçivəsində 2016-ci il iyulun 15-dən bəri Silahlı Qüvvələrdən ümumilikdə 24 min 2 nəfər xaric edilib, 2 min 225 nəfərin isə rütbəsi geri alınıb.

"Report" xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Böyük Millət Məclisinin (TBMM) Planlaşdırma və Büdcə Komissiyasında nazirliyin 2026-cı il büdcəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, Milli Müdafiə Nazirliyi və Silahlı Qüvvələrdə cinayət törədənlərdən heç birinə güzəşt edilməyib və hər biri məsuliyyətə cəlb olunub:

"Türkiyənin müdafiə sənayesi yüksələn bir güc mövqeyindədir. Çatdığımız bu səviyyənin daha da irəli aparılması üçün resurslarımızdan doğru istifadə etməliyik. Buna görə də fəaliyyətimizi bütün tərəfdaşlarımızla uyğun səviyyədə aparırıq".

Son xəbərlər

Bütün Xəbər Lenti