Türkiyədə 1,2 milyard dollarlıq qızıl mədənləri aşkarlandı
Region
- 11 iyun, 2021
- 03:43
Türkiyənin şərqində bir milyard dollarlıq qızıl ehtiyatları aşkarlanıb.
“Report” xəbər verir ki, bu barədə yeni şaxtanın açılışında ölkənin sənaye və texnologiya naziri Mustafa Varank bildirib.
Varankın sözlərinə görə, “Koza Altin” qızıl hasilatı şirkəti Ağrı əyalətinin Mollakara kəndində əlvan metalların böyük mədənlərini aşkarlayıb. Yeni şaxtada 1,2 milyard ABŞ dolları qiymətində 20 ton qızıl ehtiyatları və 2,8 milyon dollar qiymətində 3,5 ton gümüş aşkarlanıb.
Son onillik ərzində Türkiyədə qızıl hasilatına qoyulan sərmayələrin həcmi 1/4 dəfə artıb. Ölkə ötən il 18 mədəndən 42 ton qiymətli metal istehsal edib. Bu il həmin rəqəm artıq 45 ton təşkil edib.
Hökumətin proqnozuna görə, yaxın beş illikdə hasilatın illik səviyyəsi 100 ton olacaq.
Son xəbərlər
22:07
"Sumqayıt"ın baş məşqçisi: "Qazanılan nəticə yaxşıdır, lakin oyunumuz istədiyim kimi alınmadı"
Futbol21:59
Foto
Azərbaycanla Gürcüstan arasında bir sıra sahələr üzrə əməkdaşlıq müzakirə edilib
Xarici siyasət21:51
Bu gündən dekabrın 17-dək Geminid meteor yağışı müşahidə olunacaq
Elm və təhsil21:35
Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cütləri bəlli olub
Futbol21:35
Xristodulidis: Kipr Aİ-yə sədrliyi dövründə Kiyevin təşkilata inteqrasiyasını dəstəkləyəcək
Digər ölkələr21:34
Azərbaycan Kuboku: "Kəpəz" "Araz-Naxçıvan"ı mübarizədən kənarlaşdırıb
Futbol21:15
Ermənistanın İstintaq Komitəsi arxiyepiskop Arşak Xaçatryanın həbsi ilə bağlı vəsatət qaldırıb - YENİLƏNİB-2
Region21:14
Foto
Britaniyanın müdafiə üzrə dövlət naziri Bakıda bir sıra görüşlər keçirib
Xarici siyasət20:53