Tbilisidə polis və etirazçılar arasında qarşıdurma olub, 10-a yaxın şəxs saxlanılıb
Region
- 16 yanvar, 2021
- 09:54
Tbilisidə Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının qurultayı keçiriləcək “Expo Georgia” sərgi mərkəzinin qarşısında etiraz aksiyası təşkil olunub.
“Report”un yerli bürosu xəbər verir ki, ictimai fəallar yolu bağlamağa və banner yerləşdirməyə cəhd etsələr də, polis buna imkan verməyib.
Aksiya iştirakçıları bildiriblər ki, etiraza səbəb partiyanın parlament seçkilərinin nəticələrini saxtalaşdırmasıdır.
Polis və aksiyaçılar arasında bir neçə dəfə qarşıdurma baş verib. Nəticədə 10-a yaxın ictimai fəal saxlanılıb.
Mərkəz qarşısında vəziyyət gərgin olaraq qalır.
Qeyd edək ki, “Gürcü Arzusu”nun qurultayı yerli vaxtla saat 14:00-da başlayacaq. Toplantıda partiyanın yeni sədri seçiləcək.
Son xəbərlər
00:29
Ronaldu 950 qol vuran ilk futbolçu olub
Futbol00:11
Tramp: Sabitləşdirici qüvvələr tezliklə Qəzza zolağında yerləşdiriləcək
Digər ölkələr23:55
Rubio: ABŞ Çinlə razılaşmaq üçün Tayvanı dəstəkləməkdən imtina etməyəcək
Digər ölkələr23:44
Foto
Video
Sumqayıtda iki avtomobil toqquşub, xəsarət alanlar var
Hadisə23:36
Azərbaycanın Əməkdar artisti Mais Nuriyev vəfat edib
Mədəniyyət siyasəti23:30
Ukraynanın Lvov şəhəri böyük qəza səbəbindən qismən susuz qalıb
Digər ölkələr23:12
PSJ müqavilənin müddətinin uzadılması üçün futbolçusu ilə danışıqlara başlayıb
Futbol22:56
Tramp Putinlə yalnız sülh razılaşmasına əmin olduğu halda görüşəcək
Digər ölkələr22:52