AFCİ rəhbəri: Narkotik kartelləri qaçaqmalçılıq metodlarını dəyişib

Digər ölkələr
  • 25 oktyabr, 2025
  • 22:52
AFCİ rəhbəri: Narkotik kartelləri qaçaqmalçılıq metodlarını dəyişib

Narkotik kartelləri Cənubi Amerika ölkələrindən Avropaya kokain daşımaq üsullarını getdikcə təkmilləşdirir və hətta onu qida məhsullarına əlavə edirlər.

"Report"un "Bild" qəzetinə istinadən məlumatına görə, Almaniya Federal Cinayət İdarəsinin (AFCİ) rəhbəri Holger Münx danışıb.

"Cinayətkarlar ixtiraçıdırlar və narkotik qaçaqmalçılığı metodlarını uyğunlaşdırmaq üçün geniş maliyyə resurslarından çevik şəkildə istifadə edə bilərlər", - deyə o bildirib.

Cinayətkarlar narkotik maddəni açıq dənizlərdə qaçaqmalçılıq yolu ilə daşıyır və hətta maddəni materikə çatdırmaq üçün balaca sualtı qayıqlardan istifadə edirlər.

Münx bildirib ki, bundan əlavə, son illərdə mütəşəkkil cinayətkar qrupların Cənubi Amerikadan Avropaya göndərilən ədviyyat, meyvə şirələri və ya plastiklər kimi qanuni ixrac mallarına kokain əlavə etməsi tendensiyası müşahidə olunur. Kokain gömrük rəsmiləri tərəfindən aşkarlanmayacaq şəkildə qarışdırılır. Daha sonra narkotiki ixtisaslaşmış laboratoriyalarda mallardan ayırırlar.

Eyni zamanda, Almaniya hüquq-mühafizə orqanlarının məlumatına görə, əsas qaçaqmalçılıq yolları dəyişir. Kokain hazırda İspaniya və Fransa vasitəsilə Avropa İttifaqına getdikcə daha çox gətirilir.

Son xəbərlər

Bütün Xəbər Lenti