Ronaldu 950 qol vuran ilk futbolçu olub

Futbol
  • 26 oktyabr, 2025
  • 00:29
Ronaldu 950 qol vuran ilk futbolçu olub

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən Kriştianu Ronaldu 950 qol vuran ilk futbolçu olub.

"Report"un məlumatına görə, portuqaliyalı hücumçu Səudiyyə Ərəbistanı çempionatının altıncı turunda səfərdə "Əl-Həzm"ə qarşı keçirilən oyunda fərqlənib.

Onun vurduğu qoldan sonra hesab "Əl-Nəsr"in xeyrinə 2:0 olub.

Ronaldudan sonra Argentina millisinin və ABŞ-nin "İnter Mayami" klubunun hücumçusu Lionel Messi gəlir - onun hesabında 891 qol var.

Ronaldunun 40 yaşı var. O, Çempionlar Liqasının beşqat qalibi, Avropa çempionu, Millətlər Liqasının ikiqat qalibi, milli komandalar, Avropa çempionatları, Çempionlar Liqası və klub dünya çempionatları tarixində ən yaxşı bombardirdir. Futbolçu 2022-ci ilin dekabrında "Əl-Nəsr"ə keçib. Karyerası ərzində o, Portuqaliyanın "Sportinq", İngiltərənin "Mançester Yunayted", İtaliyanın "Yuventus" və İspaniyanın "Real" klublarında da çıxış edib.

Son xəbərlər

Bütün Xəbər Lenti