Spiker: “Gürcüstan bölgədə güc tarazlığının dəyişməsi səbəbindən təhlükəsizliyini gücləndirəcək”
Region
- 03 fevral, 2021
- 09:51
“Bölgədə güc tarazlığının dəyişməsi Gürcüstandan tərəfdaşları ilə birlikdə təhlükəsizlik sahəsində əməkdaşlığın yüksək səviyyəsini tələb edir”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Arçil Talakvadze illik hesabatı təqdim edərkən deyib.
Spikerin sözlərinə görə, hökumət və parlament milli təhlükəsizlik üzrə yeni konsepsiya hazırlamağı planlaşdırır: “Sənəddə əsas prioritet hibrid, kibertəhdidlərə və Qərb əleyhinə təbliğatlara dayanıqlığın artırılması olacaq”.
A.Talakvadze Gürcüstanın ABŞ, Avropa İttifaqı ilə müdafiə və təhlükəsizlik sahəsində nümunəvi əməkdaşlığın olduğunu qeyd edib: “Müdafiə sahəsində tərəfdaşlarımız və NATO ilə də presedenti olmayan əməkdaşlıq həyata keçirilir”.
Son xəbərlər
09:00
Premyer Liqa: "Araz-Naxçıvan" "Sabah"la, "Zirə" "Sumqayıt"la üz-üzə gələcək
Futbol08:55
Qazaxıstanda Respublika Günü və Suverenlik Bəyannaməsinin 35-ci ildönümü qeyd edilir
Region08:52
KİV: Neymar Avropadan heç bir təklif almayıb və MLS-ə keçə bilər
Futbol08:47
KİV: "Toyota" öz avtomobillərini ABŞ-dən Yaponiyaya göndərməyi planlaşdırır
Digər ölkələr08:26
Tramp Çin lideri ilə Rusiya-Ukrayna müharibəsini və Tayvanı müzakirə edəcək
Digər ölkələr08:19
Tramp Asiya turu zamanı Kim Çen Inla görüşməyə hazır olduğunu açıqlayıb
Digər ölkələr08:12
Messi MLS-in müntəzəm mövsümündə "Qızıl buts"u qazanıb
Futbol07:45
Hindistan sahillərini zəhərli köpük örtüb
Digər ölkələr07:13