Tramp Asiya turu zamanı Kim Çen Inla görüşməyə hazır olduğunu açıqlayıb
Digər ölkələr
- 25 oktyabr, 2025
- 08:19
ABŞ Prezidenti Donald Tramp Asiya turu zamanı Şimali Koreya lideri Kim Çen Inla görüşmək fikrinə açıq olduğunu bildirib.
"Report"un məlumatına görə, bu barədə Amerika lideri öz təyyarəsində jurnalistlərə açıqlama verərkən deyib.
"Mən buna 100% açığam. Onunla yaxşı münasibətim var", - deyə o qeyd edib.
Ağ Evin mətbuat katibi Karolin Livitt cümə axşamı bildirib ki, Tramp Malayziya, Yaponiya və Koreya Respublikasına səfər edəcək.
O, təkcə ikitərəfli danışıqlar aparmayacaq, həm də ASEAN və APEC tədbirlərində iştirak edəcək.
Tramp və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında danışıqlar oktyabrın 30-da Cənubi Koreyada planlaşdırılır.
Son xəbərlər
11:20
Foto
TÜRKPA Baş katibi Cevdet Yılmaz və Dövlet Baxçalı ilə görüşüb
Xarici siyasət11:20
Azərbaycandakı bankların kredit portfelinin məbləğinə görə renkinqi (01.10.2025)
Maliyyə11:15
Almaniya 48 nəfəri Gürcüstana deportasiya edib
Region11:13
Ukrayna millisinin hücumçusu İtaliya klubundan ayrılmağı planlaşdırır
Futbol11:10
Azərbaycan buğda idxalını 16 % artırıb
Biznes11:09
Oktyabrın bütün sosial ödənişləri yekunlaşıb
Sosial müdafiə11:05
İlham Əliyev: Azərbaycanla Qazaxıstan arasında siyasi təmaslar əməkdaşlığın dərinləşdirilməsi üçün zəmin yaradır
Xarici siyasət11:02
Prezident İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib
Xarici siyasət11:01