Qazaxıstanda Respublika Günü və Suverenlik Bəyannaməsinin 35-ci ildönümü qeyd edilir

Region
  • 25 oktyabr, 2025
  • 08:55
Qazaxıstanda Respublika Günü və Suverenlik Bəyannaməsinin 35-ci ildönümü qeyd edilir

Qazaxıstanda Respublika Günü və Suverenlik Bəyannaməsinin 35-ci ildönümünü qeyd edir.

"Report"un Qazaxıstan bürosunun məlumatına görə, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev əhalini təbrik edib.

O qeyd edib ki, Bəyannamənin qəbulu xalqın öz gələcəyini müstəqil şəkildə müəyyənləşdirmək hüququnu təsdiq edən yeni tarixi dövrün başlanğıcı olub.

"O vaxtdan bəri biz uzun və məşəqqətli yol keçmişik. Müstəqilliyin siyasi və iqtisadi əsasları qoyulmuş, beynəlxalq səviyyədə tanınmış sərhədləri müəyyənləşdirilmiş, yeni paytaxt tikilmiş, milli özünəməxsusluğun möhkəmləndirilməsi və vətəndaşların həyat keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm irəliləyişlər əldə edilmişdir. Düşünülmüş və balanslaşdırılmış xarici siyasət sayəsində Qazaxıstan öz milli maraqlarını uğurla müdafiə edir və qlobal arenada nüfuzunu gücləndirir".

Tokayev vurğulayıb ki, indiki nəslin vəzifəsi ölkənin müqəddəs müstəqilliyini möhkəmləndirməkdir.

Son xəbərlər

Bütün Xəbər Lenti