Səfir: Rusiya və Ermənistan arasında problemlərin həlli üçün tərəflərdən hərəkət tələb olunur

Region
  • 24 oktyabr, 2025
  • 10:58
Səfir: Rusiya və Ermənistan arasında problemlərin həlli üçün tərəflərdən hərəkət tələb olunur

Rusiya və Ermənistan arasında münasibətlər daha yetkin olur, bununla belə, problemlərin həlli üçün hər iki tərəfdən hərəkət tələb olunur.

"Report" xəbər verir ki, bu barədə Rusiyanın bu ölkədəki səfiri Sergey Kopırkin Ermənistan KİV-lərinə bildirib.

"Biz dəyişirik, ətrafımız dəyişir. Münasibətlər yeni xüsusiyyətlər qazanır. Onlar daha yetkin olur. Bu, bütün problemlərin həll edildiyini, heç bir fikir ayrılığının, anlaşılmazlığın olmadığını göstərmir. Bu, ölkələrin çox vacib həyati maraqlarına, iqtisadi, sosial maraqlarına aiddir. Ona görə də müzakirələr gedir. Bu normaldır. Əsas məsələ iki tərəfdən də hərəkət olmalıdır. İndi "tanqo" metaforasını xoşlayırlar. Tanqo üçün bu halda iki nəfər lazımdır. Söhbət məhz bundan gedir", - o qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti