Özbəkistan rəsmisi: "TDT üzvləri ilə əlaqələrin inkişafına dəstək verən istiqamətləri nəzərdən keçiririk"

Biznes
  • 24 oktyabr, 2025
  • 13:08
Özbəkistan rəsmisi: TDT üzvləri ilə əlaqələrin inkişafına dəstək verən istiqamətləri nəzərdən keçiririk

Özbəkistan sənaye, texnologiya, innovasiya və elm sahələrində əlaqələrin inkişafına dəstək verən mühüm istiqamətləri nəzərdən keçirir.

"Report" xəbər verir ki, bunu Özbəkistanın Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyinin İnnovativ İnkişaf Agentliyinin icraçı direktoru Asror Norov Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci Toplantısında bildirib.

Onun sözlərinə görə, yalnız bir il ərzində ölkədə dörd texnologiya parkı, üç sərmayə fondu fəaliyyətə başlayıb:" Bu nəticə ilə Özbəkistan 2025-ci ilin Qlobal İnnovasiya indeksində 79-cu yerdə qərarlaşıb, 2024-cü illə müqayisədə də irəliləmişik. Yəni biz dörd pillə irəliləmişik. Eyni zamanda, bütün TDT üzvləri arasında yüksək mövqedəyik".

İcraçı direktor əlavə edib ki, iqtisadiyyat və texnoloji inteqrasiya sahələrində daxili potensialın inkişafını əks etdirən mühüm nəticələr əldə edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti