Xocalı sakini: Arıçılıq təsərrüfatından gələn il bol məhsul götürəcəyimizə inanırıq

Sosial müdafiə
  • 24 oktyabr, 2025
  • 13:09
Xocalı sakini: Arıçılıq təsərrüfatından gələn il bol məhsul götürəcəyimizə inanırıq

Xocalıdan olan arı təsərrüfatının rəhbəri gələn il bol məhsul götürüləcəyinə inanır.

Xocalı sakini Gülşən Cavadova Dövlət Məşğulluq Agentliyinin xətti ilə şəhərə təşkil olunan mediatur çərçivəsində "Report"un bölgəyə ezam edilmiş əməkdaşına açıqlamasında bildirib ki, ailəsi ata-babadan arıçılıqla məşğul olub.

O, aktivlərlə avqust ayında təmin olunduqlarını bildirib:

"Apreldə doğma yurdumuza daimi qayıdışımız təmin olundu. Tam məskunlaşmağımız başa çatdıqdan sonra əmək fəaliyyətimizlə bağlı Məşğulluq xidmətinə dəvət olunduq. Ata-babadan arıçılığa marağımız olduğundan bu sahə ilə məşğulluq üçün müraciət etdik.

Qeydə alındıqdan bir müddət sonra bizi qısamüddətli kurslara dəvət etdilər. Ardınca isə bizə 20 arı ailəsi verildi. Hazırda təsərrüfatımızda olan arı ailələrinə yaxşı baxırıq. Aktivlərlə avqust ayında təmin olunduğumuz üçün builki məhsuldarlıqdan gözləntimiz böyük deyil. İnanırıq ki, gələn il bol məhsul olacaq. Çünki yerimiz çox yaxşıdır, təbiət də imkan verir ki, arı ailəsini kənara aparmadan bol məhsul əldə edək".

Son xəbərlər

Bütün Xəbər Lenti