Şalva Papuaşvili: Avropa Komissiyasının ritorikası fonunda gürcü xalqına qarşı düşmənçilik ehtimalı var

Region
  • 04 noyabr, 2025
  • 18:44
Şalva Papuaşvili: Avropa Komissiyasının ritorikası fonunda gürcü xalqına qarşı düşmənçilik ehtimalı var
Şalva Papuaşvili

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili Avropa İttifaqının bugünkü genişlənmə hesabatını sərt tənqid edib.

"Report"un yerli bürosu xəbər verir ki, o bildirib ki, hesabatın Gürcüstanla bağlı bölməsi "ağ sapla tikilib", ölkənin tərəqqisini ölçən hissəsi isə quru və lakonik, siyasi hissəsi isə kəskin aqressiv və ədalətsizdir.

Papuaşvilinin sözlərinə görə, Aİ-nin idarəedici qurumları dialoqdan yayınır və təkəbbürlü münasibət göstərir: "Əgər kimsə bu ədalətsiz, qərəzli, antidemokratik və dağıdıcı münasibət nəticəsində uğursuzluğa düçar olursa, bu, məhz Avropa İttifaqının indiki idarəedici institutlarıdır".

Spiker qeyd edib ki, Brüssel əvvəlcə gücləndirmək üçün yaratdığı Avropa dəyərlərindən uzaqlaşıb, demokratiya və insan haqlarının müdafiəçisi əvəzinə tənqidçiləri susdurmağa, opponentləri aradan qaldırmağa çalışan ideolojiləşdirilmiş bürokratik aparat qalıb.

Parlament sədri əlavə edib ki, bu gün Avropa komissarları və hesabatda səslənən yalan xəbərlər fonunda gürcü xalqına qarşı düşmən addımların atılmasını istisna etmək çətindir.

"Biz uzun müddətdir Avropa bürokratlarının güclənən və tez-tez səslənən düşmənçilik ritorikasını müşahidə edirik. Onların zərər verdiyi yeganə tərəf özləridir – Avropaya inteqrasiya və xalqlararası münasibətlərdə təsir göstərməyə çalışmaları nəticəsində özlərini ifşa edirlər. Təbii ki, gürcü xalqı buna imkan verməyəcək".

Xatırladaq ki, Avropa Komissiyası bu gün Aİ-nin genişlənməsi ilə bağlı hesabat dərc edib və burada Gürcüstan da digər namizəd ölkələrlə birlikdə müzakirə obyekti olub.

Son xəbərlər

Bütün Xəbər Lenti