Füzuli Dövlət Dram Teatrının direktoru vəfat edib
Mədəniyyət siyasəti
- 04 noyabr, 2025
- 21:01
Füzuli Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev vəfat edib.
Bu barədə "Report"a onun oğlu Səbuhi Vaqifoğlu məlumat verib.
Onun sözlərinə görə, bu gün günorta saatlarında müalicə aldığı xəstəxanadan evə buraxılan atasının halı qəfildən pisləşib və vəfat edib.
Qeyd edək ki, Vaqif Vəliyev 1958-ci il noyabrın 21-də Füzuli şəhərində anadan olub.
O, 1983-1988-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda Mədəni-maarif fakultəsində təhsil alıb.
1981-1989-cu illərdə Füzuli rayon Mədəniyyət evində dram dərnəyinin rəhbəri və direktoru vəzifələrində fəaliyyət göstərən Əməkdar mədəniyyət işçisi 1989-cu ildən bu günə kimi Füzuli Dövlət Dram teatrının direktoru vəzifəsində çalışıb.
Son xəbərlər
09:24
Azərbaycan Yüksək Liqasında 1/4 final mərhələsinin növbəti iki oyunu keçiriləcək
Komanda09:19
Bu gün Bakının iki rayonunun bir hissəsində qaz olmayacaq
Energetika09:13
Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinə start verilir
Komanda09:07
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (03.04.2026)
Maliyyə09:05
Əvəzedicilər Liqasında U-20 dünya çempionatına hazırlıq səbəbilə iki həftəlik fasilə elan edilir
Futbol09:00
Azərbaycan Kuboku: Bu gün "Turan Tovuz" – "Zirə" və "Sabah" – "Qarabağ" oyunları keçiriləcək
Futbol09:00
"Xəzər-Lada" səhmdarlarına dividend ödəyəcək
Maliyyə08:55
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (03.04.2026)
Maliyyə08:50