BMT-nin Məskunlaşma Proqramı ilə yeni əməkdaşlıq imkanları müzakirə olunub

İnfrastruktur
  • 04 noyabr, 2025
  • 21:47
BMT-nin Məskunlaşma Proqramı ilə yeni əməkdaşlıq imkanları müzakirə olunub

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Qətərin paytaxtı Dohada keçirilən Sosial İnkişaf üzrə İkinci Dünya Sammiti çərçivəsində BMT-nin Məskunlaşma Proqramının ("UN-Habitat") icraçı direktoru Anaklaudia Rossbax ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin "X"dəki paylaşımında bildirib.

Görüş zamanı Azərbaycanın "Hər kəs üçün Münasib Mənzil" üzrə Hökumətlərarası İşçi Qrupun həmsədri seçilməsinin yaratdığı yeni əməkdaşlıq imkanları müzakirə edilib və 2026-cı ilin may ayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu (WUF13) ərəfəsində əməkdaşlığı daha da dərinləşdirmək niyyəti vurğulanıb.

Qeyd olunub ki, "UN-Habitat" ilə birgə münasib mənzil, iqlimədavamlı şəhərlər və inklüziv şəhər inkişafı sahələrində qlobal dialoqun gücləndirilməsi istiqamətində səylər davam etdiriləcək.

Son xəbərlər

Bütün Xəbər Lenti