Gürcüstanda qış təkərlərindən istifadə məcburi olub

Region
  • 01 dekabr, 2025
  • 11:21
Gürcüstanda qış təkərlərindən istifadə məcburi olub

Gürcüstanda dekabrın 1-dən martın 1-dək bir sıra istiqamətlərdə avtomobillərin yalnız qış təkərləri ilə hərəkəti məcburi olacaq.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, yeni qaydalara əsasən, minik avtomobillərində protektorun dərinliyi ən azı 3 mm, avtobuslarda isə 4 mm olmalıdır.

Təkərlərin istehsal tarixi 10 ili keçməməli və üzərində "qar dənəciyi" işarəsi olmalıdır.

Tələblərə əməl etməyən sürücülər 100 lari cərimələnəcək və sürücülük vəsiqəsindən 5 bal silinəcək. Polis qaydalara uyğun olmayan avtomobillərin müəyyən ərazilərə girişini qadağan edə və təhlükə yarandığı halda nəqliyyat vasitəsini müvəqqəti saxlaya bilər.

Qış təkərləri tələbi Tbilisi–Senaki–Leselidze, Mtsxeta–Stepantsminda–Larsi, Zuqdidi–Mestia, Borjomi–Bakuriani və digər dağlıq istiqamətlər də daxil olmaqla bir sıra beynəlxalq və daxili yollara şamil olunur.

Son xəbərlər

Bütün Xəbər Lenti