"Regional" BOKT daha 1 milyon manatlıq istiqraz buraxır
Maliyyə
- 01 dekabr, 2025
- 11:19
"Regional" MMC bank olmayan kredit təşkilatı (BOKT) "Bakı Fond Birjası" QSC-də (BFB) daha 1 milyon manat dəyərində istiqraz yerləşdirməyə hazırlaşır.
"Report" xəbər verir ki, söhbət hər birinin nominal dəyəri 100 manat olan 10 000 ədəd faizli, adlı, təminatsız, sənədsiz istiqrazdan gedir.
Qiymətli kağızlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək və 3 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 16 %-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri "Xalq Kapital İnvestisiya Şirkəti" QSC -dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Emitent tədavül müddətində qiymətli kağızları nominal dəyərindən aşağı olmamaq şərti ilə geri almaq öhdəliyinə malikdir.
Son xəbərlər
12:04
İrandan Azərbaycana 21 kiloqramdan çox narkotik keçirilməsinin qarşısı alınıb
Hadisə12:01
Foto
SOCAR-da "Vətəndaş cəmiyyəti təsisatları ilə işin təşkili" mövzusunda tədbir keçirilib
Energetika12:01
Azərbaycan millisinin baş məşqçisi: "Lüksemburqu məğlub etməyə gücümüz çatmadı"
Komanda12:00
Ləğv prosesində olan "Muğanbank"ın ünvanı dəyişib
Maliyyə11:55
ATƏT Minsk prosesi və onunla əlaqəli strukturların bağlanmasını başa çatdırıb
Digər11:54
Banqladeşin sabiq baş naziri və qohumlarının həbs müddəti uzadılıb
Digər ölkələr11:48
Amerikalı basketbolçu: "Azərbaycanı çox sevirəm"
Komanda11:44
Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib
Maliyyə11:44