Rusiya Dövlət Duması ilboyu həqiqi hərbi çağırışla bağlı qanun qəbul edib

Region
  • 28 oktyabr, 2025
  • 14:27
Rusiya Dövlət Duması ilboyu həqiqi hərbi çağırışla bağlı qanun qəbul edib

Rusiya Dövlət Dumasının deputatları plenar iclasda ilboyu həqiqi hərbi xidmətə çağırışı nəzərdə tutan qanun layihəsini üçüncü, yekun oxunuşda qəbul ediblər.

"Report"un məlumatına görə, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Yeniliklərə görə, bütün təqvim ili ərzində tibbi müayinə, peşəkar psixoloji seçim və çağırış komissiyasının iclasları keçiriləcək.

Bununla belə, sənəddə qeyd olunur ki, çağırışçıların hərbi xidmətə göndərilməsi ildə iki dəfə - 1 apreldan 15 iyula qədər və 1 oktyabrdan 31 dekabradək həyata keçiriləcək.

Son xəbərlər

Bütün Xəbər Lenti