ABŞ Konqresi maliyyələşdirmə haqda qanun layihəsini 13-cü dəfə rədd edib

Digər ölkələr
  • 28 oktyabr, 2025
  • 23:53
ABŞ Konqresi maliyyələşdirmə haqda qanun layihəsini 13-cü dəfə rədd edib

ABŞ Senatının Konqresi son bir neçə həftə ərzində 13-cü dəfə Respublikaçılar Partiyasının təklif etdiyi federal hökumətin maliyyələşdirilməsi haqda qanun layihəsini rədd edib.

"Report"un məlumatına görə, prosedur səsverməsi zamanı Nümayəndələr Palatası tərəfindən əvvəllər təsdiq edilmiş qanun layihəsi 54 üzv tərəfindən dəstəklənib, 45 senator isə əleyhinə səs verib. Qanun layihəsinin təsdiqlənməsi üçün 60 səs tələb olunur.

ABŞ-də şatdaun 1 oktyabr gecə yarısı (Bakı vaxtı ilə səhər saat 8:00) maliyyə çatışmazlığı səbəbindən başlayıb. Bu, Konqresdəki hakim Respublikaçılar və müxalif Demokratlar partiyalarının nümayəndələrinin səhiyyə də daxil olmaqla bir sıra xərc maddələri üzrə razılığa gələ bilməməsi səbəbindən baş verib. Onlar hələ də razılığa gələ bilmirlər. Demokratlar və Respublikaçılar bir-birlərini şatdauna təhrik etməkdə və onu siyasi məqsədlər üçün uzatmaqda ittiham edirlər.

Son xəbərlər

Bütün Xəbər Lenti