Novosibirskdə yaşayış binasında baş verən yanğında 4 nəfər ölüb

Region
  • 18 oktyabr, 2025
  • 06:23
Novosibirskdə yaşayış binasında baş verən yanğında 4 nəfər ölüb

Rusiyanın Novosibirsk şəhərində taxta konstruksiyalı yaşayış evində baş verən yanğın nəticəsində azı dörd nəfər həlak olub.

"Report" bu barədə yerli KİV-ə istinadən məlumat verir.

Məlumata görə, yanğın taxta konstruksiyalı ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində başlayıb. Yanğın mənzilin 600 kv.m-nə yayılıb, dam örtüyünün bir hissəsi uçub.

Hadisə nəticəsində dörd nəfər həlak olub, daha dörd nəfər xəsarət alıb, onlar tibb müəssisəsinə çatdırılıblar. "Həlak olanlar... bir kişi və üç qadındır", - regional prokurorluğun "Telegram" kanalında bildirilib.

Qurum yoxlamalara başlayıb, hadisənin bütün təfərrüatları araşdırılır.

Son xəbərlər

Bütün Xəbər Lenti