Zelenski Avropa liderlərini Trampla görüşünün nəticələri barədə məlumatlandırıb
- 18 oktyabr, 2025
- 03:14

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa liderlərinə amerikalı həmkarı Donald Trampla görüşünün nəticələri barədə məlumat verib.
"Report" xəbər verir ki, bu barədə Zelenskinin "Telegram" kanalında bildirilib.
"Britaniya, Almaniya, İtaliya, Finlandiya, Norveç, Polşa liderləri, həmçinin Avropa İttifaqının rəhbərləri və NATO-nun Baş katibi - Avropalı tərəfdaşlarımızla danışdım.
ABŞ Prezidenti Donald Trampla söhbətim haqqında danışdım. Bir çox mühüm detalları müzakirə etdik. İndi ən əsası mümkün qədər çox həyatı qorumaq, Ukrayna üçün təhlükəsizliyi təmin etmək və bütün Avropanı gücləndirməkdir. Məhz bunun üçün çalışırıq.
Təhlükəsizlik üzrə məsləhətçilərimiz növbəti addımlar barədə danışacaqlar. Mövqelərimizi əlaqələndiririk. Söhbətə, bütün dəstəyə və Ukrayna ilə birlikdə olmağa hazırlığa görə təşəkkür edirəm", - deyə paylaşımda qeyd olunub.
Xatırladaq ki, oktyabrın 17-də Tramp və Zelenski Ağ Evdə mətbuata qapalı görüş keçiriblər. Ukrayna Prezidenti jurnalistlərə amerikalı həmkarı ilə hava hücumundan müdafiə də daxil olmaqla, geniş mövzu dairəsini müzakirə etdiyini bildirib.