Qərbi Azərbaycan Xronikası: "Zuban–Sevan qardaşlığı: Lənkərandan Göyçəyə uzanan izlər"

Region
  • 22 oktyabr, 2025
  • 23:58
Qərbi Azərbaycan Xronikası: Zuban–Sevan qardaşlığı: Lənkərandan Göyçəyə uzanan izlər

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İsa öncəsi inanclar: "Qız Ana"dan "Ağ Qıza" adlı veriliş hazırlanıb.

"Report" xəbər verir ki, verilişdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun Qədim dillər və mədəniyyətlər şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İlhami Cəfərsoy Urartu yazılarında Göyçənin ən qədim adı, türk xristian mədəniyyəti, "Eqmiədzin" adının dəyişməsi və s. məsələlərdən danışıb.

O bildirib ki, Urartu yazılarında Göyçənin ən qədim adına rast gəlmək olur: "Göyçə gölünün yaddaşı, buradakı adlar, yaşayan tayfalar, əfsanələr zəngindir. Sevan adı qıpçaqlardan gəlir. Sevan adası və suda itən əlyazmalar, Sevan sahilində batmış monastrda itən böyük yaddaş var.

Onun sözlərinə görə, ana məbəd sayılan "Eqmiədzin" adı erməniləşdirilib. Oğuzdan qıpçağadək türk xristian mədəniyyəti yayılıb. Kür sahilində Qıpçaq izləri mövcuddur.

İ.Cəfərsoy Zuban–Sevan qardaşlığı, Lənkərandan Göyçəyə uzanan izlər, 1139-cu ildə baş verən Gəncə zəlzələsi və batmış monastırın sirri, "Ağ Qız" mifi, od, su, dəmirin gizli kodu, İsa öncəsi inanclar, "Semiramis" əfsanəsi, "dəmir qızlar"ın türk kökü, gürcüləşmə, erməniləşmə, müsəlmanlaşma, kimlik xəritəsi, "Eqmiədzin" adının dəyişməsi, 1872-ci il qərarının pərdəarxası sirri, Şuşada pəhləvana qəribə elçilik hekayəsi ilə bağlı maraqlı faktlar açıqlayıb.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Qərbi Azərbaycan Xronikası: "Zuban–Sevan qardaşlığı: Lənkərandan Göyçəyə uzanan izlər"

Son xəbərlər

Bütün Xəbər Lenti