Qərbi Azərbaycan Xronikası: Sinay dağında tapılan Alban perqamenti bütün Qafqaz tarixini dəyişdi

Region
  • 05 noyabr, 2025
  • 23:49
Qərbi Azərbaycan Xronikası: Sinay dağında tapılan Alban perqamenti bütün Qafqaz tarixini dəyişdi

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında veriliş hazırlanıb.

"Report" xəbər verir ki, Verilişdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun Qədim dillər və mədəniyyətlər şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İlhami Cəfərsoy ermənilərin saxtalaşdırdığı Şuşanik dastanı haqqında danışıb.

O bildirib ki, Sinay yarımadasında Azərbaycan sözləri işlənilib: "Müqəddəs Şuşanikin faciəli həyatı var. Sinay dağında tapılan Alban perqamenti bütün Qafqaz tarixini dəyişdi. Alban perqamentində yüzlərlə Azərbaycan sözü aşkarlanıb".

Onun sözlərinə görə, Koroğlu dastanındakı Eyvaz obrazının kökü Sinay-Alban yazılarında gizlənib: "Şuşanikin yeddi il zindan həyatı alban xalqının müqavimət ruhunu bütün Qafqaza yaydı. Ermənilərin saxtalaşdırdığı Şuşanik dastanı əslində Azərbaycan qəhrəmanlıq tarixinin parçasıdır. Qorq Aslanın Şuşanikin qəbrini açdırması ilə Qafqazda yeni dövlətçilik mərhələsi başladı".

İ.Cəfərsoy Qorq Aslanın Şuşanikin sümüklərini çıxarıb yenidən dəfn etdirməsi, Azərbaycan tarixində unudulan müqəddəs qız Şuşanikin qəhrəmanlı, Sinay dağının ətəyində qurulan Alban monastırındakı Azərbaycan izlərindən söz açıb.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Qərbi Azərbaycan Xronikası: Sinay dağında tapılan Alban perqamenti bütün Qafqaz tarixini dəyişdi

Son xəbərlər

Bütün Xəbər Lenti