AFFA prezidenti "Qarabağ"ı təbrik edib

Futbol
  • 06 noyabr, 2025
  • 00:01
AFFA prezidenti Qarabağı təbrik edib

AFFA prezidenti Rövşən Nəcəf "Qarabağ" klubunu UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununda doğma meydanda "Çelsi" (İngiltərə) ilə heç-heçə etməsi ilə bağlı təbrik edib.

"Report" xəbər verir ki, Rövşən Nəcəf bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

"Qarabağ" klubu bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda İngiltərənin "Çelsi" klubu ilə oyunda növbəti tarixi nailiyyətə imza atdı. "Qarabağ" komandasını və azarkeşlərimizi ürəkdən təbrik edir, yeni qələbələr arzulayıram", - R.Nəcəf yazıb.

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununda doğma meydanda "Çelsi" (İngiltərə) ilə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Bununla da ağdamlılar cari mövsüm Çempionlar Liqasının Liqa mərhələsindəki xallarının sayını 7-yə çatdırıblar.

Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv V turda, noyabrın 25-də səfərdə İtaliyanın "Napoli" kollektivinin qonağı olacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti