Paşinyanın avtomobilinə yumurta atan etirazçı: Nikol, sən satqınsan, istefa ver
Region
- 30 noyabr, 2020
- 02:43

Ermənistan vətəndaşlarından biri ölkənin baş naziri Nikol Paşinyanın avtomobilinə yumurta atıb.
Bu barədə “Report” “Mediaport” teleqram kanalına istinadən bildirir.
Qeyd edilir ki, o, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılan şəxs polislərə bildirib ki, bu hərəkəti ilə baş nazir Nikol Paşinyanın satqınlığı ilə razılaşmadığını ifadə edib və onun təcili istefasını tələb edir.
Hadisə ilə bağlı açıqlama verən Ermənistan polisi Paşinyana yumurta atmış şəxsin buraxıldığını qeyd edib.
Qeyd edək ki, son günlər Ermənistanda artan kütləvi etirazlarla əlaqədar Paşinyanın şəxsi mühafizəsi gücləndirilib, cangüdənlərin sayı artırılıb. Bununla yanaşı, baş nazirin kortecinin hərəkət etdiyi küçələr bağlanır.
Son xəbərlər
12:49
Azərbaycanda informasiya və rabitə xidmətlərinin ümumi dəyəri 7 %-ə yaxın artıb
İKT12:47
Konqresmenin ofisində üzərində svastika olan ABŞ bayrağı tapılıb
Digər ölkələr12:46
DVX: "Bazarda fəaliyyət göstərən şəxslər 6 ay ərzində uçota alınmalıdır"
Maliyyə12:43
Özbəkistanda miqrasiyanın azaldılması üçün ikinci dərəcəli şəhərlərin inkişafı üçün tədbirlər görülür
İnfrastruktur12:42
Foto
Azərbaycan və Özbəkistan İpək Yolu irsini Avropada nümayiş etdirir
Turizm12:39
Fərman Qurbanlı: "Azərbaycanda 8 güzəştli mənzil layihəsinin icrası başa çatıb"
İnfrastruktur12:38
Dördqat olimpiya çempionu 25 yaşında karyerasını bitirib
Fərdi12:34
Sabah leysan yağacaq - PROQNOZ
Ekologiya12:33
Foto