Azərbaycanda informasiya və rabitə xidmətlərinin ümumi dəyəri 7 %-ə yaxın artıb
İKT
- 16 oktyabr, 2025
- 12:49
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 2 milyard 740,7 milyon manat təşkil edib.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,7 % çoxdur.
Bu sahədə əldə edilmiş gəlirin 83,4 %-i qeyri-dövlət sektorunun payına düşüb, 72,6 %-i isə əhali sektoruna aid olub.
Təkcə sentyabrda isə informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 339 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 6,6 % çoxdur.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 2023-cü illə müqayisədə 11,4 % artaraq 3 milyard 601,7 milyon manat olub.
Son xəbərlər
08:23
Bakının bir çox yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur08:20
Türkiyədə ağır yol qəzası olub, 4 nəfər ölüb
Region07:55
ABŞ Senatına Venesuelaya güc tətbiq olunmaması tələbi ilə qətnamə təqdim edilib
Digər ölkələr07:28
KİV: Yaponiya-Çin-Cənubi Koreya sammiti Tokio və Pekin arasındakı münaqişəyə görə təxirə salınacaq
Digər ölkələr06:50
ABŞ-də həkim gizli şəkildə xəstələri izlədiyinə görə həbs edilib
Digər ölkələr06:25
Foto
ABŞ-də kütləvi atışma planlaşdıran immiqrant tələbə saxlanılıb
Digər ölkələr05:59
Maduro: Trampla telefon danışığı hörmətli və səmimi tonda keçib
Digər ölkələr05:29
Astronomlar kainatdakı fırlanan ən böyük quruluşu kəşf ediblər
Maraqlı04:59