Paşinyan Vatikanın dövlət katibi ilə Ermənistan - Azərbaycan razılaşmasını müzakirə edib

Region
  • 20 oktyabr, 2025
  • 22:00
Paşinyan Vatikanın dövlət katibi ilə Ermənistan - Azərbaycan razılaşmasını müzakirə edib

Ermənistanın baş naziri Nikol Paşinyan Vatikanda Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pyetro Parolinlə görüşüb.

"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Aparatının informasiya və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Tərəflər Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olmasını müzakirə edərək, humanitar məsələlərin həllinin vacibliyini vurğulayıblar.

Görüşdə müxtəlif ikitərəfli məsələlər də müzakirə olunub. Tərəflər Ermənistan hökuməti ilə Vatikan arasında dialoqun yüksək səviyyədə olduğunu vurğulayaraq, onun bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminlik ifadə ediblər.

Son xəbərlər

Bütün Xəbər Lenti