Paşinyan: Türkiyə-Ermənistan normallaşması bizim üçün Aİ ilə quru əlaqəsini təmin edəcək
Region
- 20 sentyabr, 2025
- 12:50

Türkiyə ilə münasibətlərin normallaşması Ermənistana Avropa İttifaqı (Aİ) ilə quru əlaqəsini təmin etməyə imkan verəcək.
"Report"un erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan hakim "Vətəndaş müqaviləsi" partiyasının qurultayında çıxışı zamanı bildirib.
"Türkiyə ilə aktiv dialoqlarımız göstərir ki, yaxın gələcəkdə Türkiyə ilə, həm də Avropa İttifaqı ilə quru nəqliyyat əlaqəmiz olacaq", - o bildirib.
N.Paşinyanın sözlərinə görə, Ermənistan 2026-cı ilin iyununda parlament seçkilərində hakim partiyanın qələbəsi halında "balanslaşdırılmış xarici siyasətlə ziddiyyətə girmədən" Avropa İttifaqına üzvlük üçün səylərini gücləndirəcək.
Son xəbərlər
22:37
Giorgi Kalandarişvili: MSK seçkilərin yüksək peşəkar səviyyədə keçirilməsinə tam hazırdır
Region22:33
"Şəki" heyətini yeni basketbolçu ilə gücləndirib
Komanda22:33
Xəzər dənizində zəlzələ baş verib
Hadisə22:32
Foto
Milanda etirazçılarla toqquşmalarda 60 polis əməkdaşı yaralanıb
Digər ölkələr22:22
Azərbaycana payız gəlib
Ekologiya22:07
ABŞ və Qazaxıstan 4 milyard dollarlıq lokomotiv müqaviləsi haqqında razılığa gəliblər
Digər ölkələr22:02
Prezident İlham Əliyev Nyu-Yorkda işgüzar səfərdədir
Xarici siyasət21:57
KİV: "Marsel" Fransa Peşəkar Futbol Liqasını məhkəməyə verəcəyi ilə hədələyib
Futbol21:52