NATO Türkiyəyə hərbi helikopter qəzası ilə bağlı başsağlığı verdi
Region
- 04 mart, 2021
- 18:37

NATO-nun baş katibi Yens Stoltenberq Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluna zəng edərək Bitlis əyalətində baş verən hərbi helikopter qəzası ilə əlaqədar başsağlığı verib.
Bu barədə ”Report” Türkiyə mətbuatına istinadən xəbər verir.
Qeyd edilir ki, təşkilat rəhbəri Tatvanda 10 hərbçinin həlak olması ilə nəticələnən helikopter qəzası ilə bağlı Türkiyənin xarici siyasət idarəsinin rəhbərinə başsağlığını çatdırıb. Yens Stoltenberq NATO-nun Türkiyə ilə həmrəy olduğunu söyləyib.
Qeyd edək ki, hadisə Türkiyə Quru Qoşunlarına məxsus "Cougar" tipli hərbi helikopter Bingöldən Tatvana uçuş həyata keçirən zaman baş verib.
Həlak olanlar arasında Türkiyə ordusunun səkkizinci korpusunun komandiri general Osman Erbaş da var.
Son xəbərlər
22:42
Qazaxda avtomobillər toqquşub, xəsarət alanlar var - YENİLƏNİB
Hadisə22:31
DÇ-2026: Portuqaliya millisi Ermənistan yığmasını darmadağın edib
Futbol22:24
Polşaya naməlum obyekt düşüb
Digər ölkələr22:01
Lənkəranda 34 yaşlı qadın bıçaqlanıb
Hadisə21:54
Azərbaycan airbadminton millisi Avropa çempionatında ikinci olub - YENİLƏNİB
Komanda21:44
Salyanda avtomobil piyadanı vuraraq öldürüb
Hadisə21:39
KİV: İsrail hərbçiləri Suriyanın iki kəndində əməliyyat keçirib
Digər ölkələr21:18
Estoniya Finlandiyaya üçüncü sualtı elektrik xətti çəkəcək
Digər ölkələr21:01