Lənkəranda 34 yaşlı qadın bıçaqlanıb

Hadisə
  • 06 sentyabr, 2025
  • 22:01
Lənkəranda 34 yaşlı qadın bıçaqlanıb

Astara sakini Lənkəranda bıçaqlanıb.

"Report"un cənub bürosunun məlumatına görə, hadisə şəhərin "Qala" deyilən ərazisində baş verib.

Belə ki, rayonun Təngərüd kənd sakini, 1991-ci il təvəllüdlü Bəxtiyarova Mehriban Qubalı qızı xəsarətlərlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə  hospitalizasiya olunub.

Xəstəxanadan bildirilir ki, qadın daxil olanda bədəninin müxtəlif nahiyələrində döyülmə xəsarətləri və qarın boşluğunu dəlib-keçən kəsilmiş-deşilmiş yara müşahidə olunub. O, kəskin qanaxma səbəbindən təcili əməliyyat olunub.

Zərərçəkən bildirib ki, ona tanışı, 1991-ci il təvəllüdlü Rəşad adlı şəxs (soyadı dəqiqləşdirilir - red) xəsarət yetirib.

Hadisənin təfərrüatları hələ məlum deyil.

Qeyd edək ki, M.Bəxtiyarovanın 2 övladı var. O, Lənkəranda kirayə evdə yaşayır.

Faktla bağlı araşdırma aparılır.